​Azərbaycan mayda Bakı-Supsa kəməri ilə neft ixracını artırıb

​Azərbaycan mayda Bakı-Supsa kəməri ilə neft ixracını artırıb Bakı-Novorossiysk kəməri ilə neft ixracı 40% artıb
Energetika
17 İyun , 2015 14:13
​Azərbaycan mayda Bakı-Supsa kəməri ilə neft ixracını artırıb

Bakı. 17 iyun. REPORT.AZ/ Bu ilin may ayında sayğac göstəricilərinə əsasən, Azərbaycandan 13 869 064,86 ton xam neft ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,13% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin mayında BTC (Bakı-Tbilisi-Ceyhan) ilə ixrac edilən neftin həcmi 6,82% azalaraq 11 024 378,54 tona çatıb. Eyni dövrdə Bakı-Supsa ilə ixrac edilən neftin həcmi 7,6% artaraq 1 833 072,30 ton olub.

Mayda şimal boru kəməri (Bakı-Novorossiysk) ilə ixrac edilən neftin həcmi 594 071,00 ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,08% çoxdur. Neftin dəmir yolu nəqliyyatı ilə ixracında isə 16,87% artım qeydə alınıb və bu yolla satılan neftin həcmi 417 543,02 tona bərabər olub.

Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 4 035,238 mln. ABŞ dolları dəyərində 9 698 937,42 ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neft ixracının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 3,34%, dəyəri isə 50,85% azalıb.

Hesabat dövründə neft məhsullarının ixracı ötən illə müqayisədə 85,34% artaraq 1 064 386,27 ton təşkil edib. Bildirək ki, mayda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 8,78% azalaraq 199,622 mln. dollara düşüb. 

Son xəbərlər

Orphus sistemi