Azərbaycan martda elektrik enerjisi ixracını 60% artırıb

Azərbaycan martda elektrik enerjisi ixracını 60% artırıb Elektrik enerjinin satış dəyər ifadəsində 29% azalıb
Energetika
20 Aprel , 2015 11:29
Azərbaycan martda elektrik enerjisi ixracını 60% artırıb

Bakı. 20 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 89,690 mln. kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 59,7% artıqdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46% azalaraq 101,671 mln. kVt/saata bərabər olub.

Məlumata əsasən, mart ayında həyata keçirilən elektrik enerji satışı 6 107,8 min ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,6% azdır.

Son xəbərlər

Orphus sistemi