Yuxarı
    Bağlamaq

    ​Azərbaycan iyunda elektrik enerjisi ixracını 47% azaldıb

    İyun ayında həyata keçirilən elektrik enerjisi satışı 11,715 mln. ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% azdır

    Bakı. 16 iyul. REPORT.AZ/ Cari ilin iyun ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 155,038 mln. kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 22,33% çoxdur.

    "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46,61% azalaraq 192,251 mln. kVt/saata bərabər olub.

    Məlumata əsasən, iyun ayında həyata keçirilən elektrik enerjisi satışı 11,715 mln. ABŞ dolları dəyərində olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% azdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi