Yuxarı

Azərbaycan iyunda elektrik enerjisi istehsalını 6% artırıb

Bu ilin ilk yarısında isə istehsal illik müqayisədə 3% artıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Report"un “Azərenerji” ASC-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 0,1 mlrd. kVt/saat və ya 6,3% çoxdur.

Bu ilin ötən 6 ayı ərzində isə ölkədə ümumilikdə 11,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 0,3 mlrd. kVt/saat yaxud 2,7% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi