Azərbaycan iyunda OPEC+ öhdəliyini tam yerinə yetirib

Azərbaycan iyunda OPEC+ öhdəliyini tam yerinə yetirib Azərbaycan iyunda da OPEC qarşısındakı öhdəliyi yerinə yetirib
Energetika
9 İyul , 2020 10:22
Azərbaycan iyunda OPEC+ öhdəliyini tam yerinə yetirib

2020-ci ilin  iyun ayında ölkə üzrə gündəlik xam neft hasilatı 553,8 min barel olub.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Bunun 434,7 min bareli “Azəri-Çıraq-Günəşli”, 119,1 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.
“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyunda sutkada xam neft hasilatını 164,2 min barel azaldıb. Beləliklə, Azərbaycan 164 min barel həcmində olan öhdəliyini iyunda tam yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 554 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalıdır.  

Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi