Azərbaycan iyulda qaz ixracını artırıb

Azərbaycan iyulda qaz ixracını artırıb Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən qaz kondensatının həcmi 11 275,97 kubmetr, yaxud 0,87% artaraq 1 302 485,57 kubmetrə çatıb
Energetika
15 Avqust , 2015 11:04
Azərbaycan iyulda qaz ixracını artırıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində sayğac göstəricilərinə əsasən, Azərbaycandan 5 226 322,07 min kubmetr təbii qaz ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 367 893,47 min kubmetr, yaxud 7,57% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə təbii qaz ixracının həcmi illik müqayisədə 347 447,76 min kubmetr, yaxud 27,70% azalaraq 906 974,52 min kubmetr təşkil edib.

Məlumata əsasən, iyul ayında həyata keçirilən qaz ixracı 144 265,32 min ABŞ dolları dəyərində olub ki, bu da öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə 71 558,78 min dollar, yaxud 33,16% azdır.

Hesabat ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilən qaz kondensatının həcmi 11 275,97 kubmetr, yaxud 0,87% artaraq 1 302 485,57 kubmetrə çatıb.

Son xəbərlər

Orphus sistemi