Azərbaycan iyulda gündəlik 554,1 min barel xam neft hasil edib

Azərbaycan iyulda gündəlik 554,1 min barel xam neft hasil edib Azərbaycan iyulda gündəlik 554,1 min barel xam neft hasil edib
Energetika
474
8 Avqust , 2020 11:04
Azərbaycan iyulda gündəlik 554,1 min barel xam neft hasil edib

2020-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650,1 min barrel olub. Bunun 554,1 min barelini xam neft, 96 min barrelini isə kondensat təşkil edib. Xam neftin 435,1 min bareli “Azəri-Çıraq-Günəşli”, 119 min bareli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

“OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyulda sutkada xam neft hasilatını 163,9 min barel azaldıb.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin may-iyun-iyul aylarında xam neft istehsalını sutkada 164 min barrel azaltmaqla 554 min barel həcmində saxlamalı idi. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 120 min barel həcmində saxlanılmalı idi. 

Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 9,7 mln. barel azaldılması ilə bağlı birinci mərhələsi iyulun 31-də başa çatıb. Razılaşmanın 1 avqust- 31 dekabr tarixlərini əhatə edən ikinci mərhələsində “OPEC plus” ölkələri üzrə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr səviyyəsindən 18% az olmaqla 7,7 mln. barel azaldılacaq. Bu dövrdə Azərbaycan müvafiq olaraq gündəlik xam neft hasilatını 131 min barel azaldaraq 587 min barel həcmində saxlamalıdır. Başqa sözlə, bu müddətdə Azərbaycanın gündəlik xam neft hasilatı ilə bağlı məhdudiyyətləri əvvəlki üç ayla müqayisədə 33 min barel azalacaq.

Orphus sistemi