Yuxarı
    Bağlamaq

    Azərbaycan IRENA-nın iclasında iştirak edib

    Azərbaycanın aqrar sektorunda alternativ enerji mənbələri hesabına yeni layihələrin icrasına BƏƏ investisiyaları cəlb oluna bilər

    Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 14-15-də BƏƏ-nin Əbu-Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının VII iclası keçirilib. Bu barədə “Report”a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) Mətbuat Katibliyindən bildirlib.

    Məlumatda deyilir ki, 150-dən çox dövlətin nazir və səlahiyyətli şəxslərinin iştirak etdiyi iclasda Azərbaycanı AREA sədri Akim Bədəlov və Azərbaycanın BƏƏ-dəki səfirliyinin diplomatik nümayəndələri təmsil ediblər.

    Sözügedən iclas çərçivəsində də nazirlər səviyyəsində dəyirmi masa keçirilib. Burada bərpa olunan enerji və enerji təhlükəsizliyi, enerji sektorunun transformasiyası, enerji sektorunda bərpa olunan enerjinin payının artırılması üçün tarif siyasətinin və müasir texnologiyaların inkişafı ilə bağlı müzakirələr aparılıb.

    Assambleya çərçivəsində Azərbaycan nümayəndə heyəti IRENA-nın baş direktoru Adnan Z.Amin və “Masdar City” layihəsinin rəhbərliyi ilə görüşlər keçirib. Danışıqların əsas mövzusu BƏƏ investisiya potensialının  Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin kənd təsərrüfatı sahəsinə tətbiqi layihələrinə yönəldilməsi və ölkə ərazisində reallaşdırılan “Samux Aqrar Enerji Yaşayış Kompleksi” və “Pirallahı” Günəş Elektrik Stansiyası kimi layihələrin BƏƏ-də “texnoloji transfer” çərçivəsində həyata keçirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

    Assambleya iclasından sonra, Əbu-Dabinin Milli Sərgi Mərkəzində 4 gün davam edəcək ənənəvi “Ümümdünya Gələcəyin Enerjisi” Sammiti yanvarın 16-da işə başlayıb.

    Xatırladaq ki, Azərbaycan 2009-сu ildən IRENA-ya üzv qəbul edilib və Milli Məclisin 2014-cü il mayın 2-dən bu təşkilatın tamhüquqlu üzvü olub.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi