Azərbaycan indiyədək 218 mln. ton mənfəət nefti satıb

Azərbaycan indiyədək 218 mln. ton mənfəət nefti satıb Aprelin 1-dək Azərbaycandan 406,4 mln. ton neft daşınıb
Energetika
25 Aprel , 2016 10:22
Azərbaycan indiyədək 218 mln. ton mənfəət nefti satıb

Bakı. 25 aprel. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq və Dərinsulu Günəşli" yataqlar blokunun 91 hasilat quyusundan gündə 90 min tondan çox neft və 36 mln. kubmetr qaz hasil olunur. İşləmənin əvvəlindən yataqlar blokundan indiyədək ümumilikdə 393 mln. ton neft və 118 mlrd. kubmetr qaz hasil edilib. 

"Report" xəbər verir ki, bu barədə bu gün Bakıda işə başlayan SOCAR: "Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya" beynəlxalq praktiki konfransda çıxışında SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib. 

X.Yusifzadə qeyd edib ki, 2016-cı il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 218 mln. ton mənfəət nefti satılıb: "Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin ilk üç ayı ərzində AÇG-dən hasil edilmiş 8 mln. ton neftin 5,3 mln.tonu, yəni 66%-i Azərbaycanın mənfəət neftinin payına düşüb". 

SOCAR rəsmisi qeyd edib ki, mövcud nəqletmə marşrutları ilə Azərbaycandan 2016-cı il aprelin 1-dək 406,4 mln. ton neft daşınıb. Onun sözlərinə görə, bunun 299 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib: "Ötən müddətdə Bakı-Supsa kəməri ilə 76 mln. ton, Bakı-Novorossiysk kəməri ilə 11 mln. ton, dəmir yolu ilə 21 mln. ton neft ixrac edilib". 

X.Yusifzadə bildirib ki, BTC kəmərinin illik buraxılış gücü 50 mln. tondur və bunun gələcəkdə 60 mln. tona çatdırılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi