Azərbaycan indiyə qədər dünya bazarında 237 mln. ton mənfəət nefti satıb

Azərbaycan indiyə qədər dünya bazarında 237 mln. ton mənfəət nefti satıb "AÇG" layihəsi çərçivəsində ümumi neft hasilatı isə indiyə qədər 424 mln. ton olub
Energetika
25 Aprel , 2017 11:06
Azərbaycan indiyə qədər dünya bazarında 237 mln. ton mənfəət nefti satıb
Report.az

Bakı. 25 aprel. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") işlənmənin əvvəlindən 2017-ci il aprelin 1-nə qədər 423,5 mln. ton neft və 131 mlrd. kubmetr qaz hasil edilib. 

“Report” xəbər verir ki, bu barədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya:Ticarət, Logistika, Neft Emalı,Neft-kimya” forumunda çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə biildirib: “Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edir. 2017-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 237 mln. ton mənfəət nefti satılıb”.

Şirkət rəsmisi qeyd edib ki, bu il aprelin 1-nə qədər dünya bazarına 443 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 328 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. "AÇG" layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi