Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb

Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72%-ni təşkil edib
Energetika
20 Oktyabr , 2017 10:18
Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 15,382 mln. ton həcmində xam neft ixrac edib. 

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 5,883 mlrd. dollar təşkil edib.

Bu ilin 9 ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 36%, dəyəri isə 20% azalıb.

Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72,24%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi