​Azərbaycan idxal olunan benzinə aksiz vergisi və gömrük rüsumunu minimuma endirib - YENİLƏNİB

​Azərbaycan idxal olunan benzinə aksiz vergisi və gömrük rüsumunu minimuma endirib - YENİLƏNİB Bununla bağlı Nazirlər Kabineti qərarlar qəbul edib
Energetika
17 Avqust , 2016 16:06
​Azərbaycan idxal olunan benzinə aksiz vergisi və gömrük rüsumunu minimuma endirib - YENİLƏNİB

İlk xəbər saat 15:47-də verilib

Bakı. 17 avqust. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. "Report" xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.

Belə ki, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.

***

Nazirlər Kabineti həmçinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan başlayaraq 60 gün müddətində qüvvədədir.

Son xəbərlər

Orphus sistemi