Azərbaycan I rübdə 85 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan I rübdə 85 mln. dollarlıq neft məhsulları ixrac edib Azərbaycan bu il 422,7 min ton həcmində neft məhsulları ixrac edib
Energetika
18 Aprel , 2016 14:08
Azərbaycan I rübdə 85 mln. dollarlıq neft məhsulları ixrac edib

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan 422,693 min ton həcmində neft məhsulları ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin üç ayında ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 29% az olub.

Bu miqdarda olan neft məhsullarının dəyəri 85,236 mln. ABŞ dolları təşkil edib. Hesabat dövründə neft məhsullarının dəyərində 57% azalma qeydə alınıb. 

Qeyd edək ki, neft məhsulları bu ilin I rübündə ölkənin ümumi idxalının 4,79%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi