​Azərbaycan İranda "Külək parkı" tikəcək

​Azərbaycan İranda "Külək parkı" tikəcək Gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulub
Energetika
6 Avqust , 2015 15:03
​Azərbaycan İranda Külək parkı tikəcək

Bakı. 6 avqust. REPORT.AZ/ Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndə heyətinin İrana səfəri çərçivəsində qurumun sədri Akim Bədəlov İranın energetika naziri Həmid Çitçiyan, onun müavini Huşəng Fəlahətian və Bərpa Olunan Enerji Təşkilatının (SUNA) rəhbərliyi ilə görüşlər keçirib. Bu barədə "Report"a Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə tərəflər arasında alternativ və bərpa olunan enerji mənbələri sahəsində əlaqələrin möhkəmləndirilməsi və gələcəkdə bu əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

Sonda Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İran Energetika Nazirliyi arasında 2014-cü il noyabrın 12-də Bakıda imzalanmış anlaşma memorandumu çərçivəsində İranın Xaf şəhəri ətrafında yaradılacaq “Külək parkı” layihəsinin “Azalternativenerji” MMC tərəfindən həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi