Azərbaycan İrana neft məhsulları ixrac edə bilər

Azərbaycan İrana neft məhsulları ixrac edə bilər SOCAR bu il 22 mln. ton həcmində Azərbaycan neftini satışa çıxarmaq niyyətindədir
Energetika
19 Fevral , 2016 15:57
Azərbaycan İrana neft məhsulları ixrac edə bilər

Bakı. 19 fevral. REPORT.AZ/ Bu il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 22 mln. ton həcmində Azərbaycan neftini satışa çıxarmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə SOCAR-ın adının açıqlanmasını istəməyən rəsmisi bildirib.

Şirkət rəsmisi qeyd edib ki, SOCAR 11 mln. ton həcmində isə digər dövlətlərin neftini satışa çıxaracaq: "Bu göstəricilər 2015-ci ildəki göstərici ilə eynidir".

O, həmçinin bildirib ki, rəsmi Tehrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra SOCAR İrana neft məhsulları ixrac edə, həmçinin svop əməliyyatları apara bilər: "Bizim nümayəndə heyətimiz bu yaxınlarda İranda səfərdə olub və əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarına baxılıb".

Son xəbərlər

Orphus sistemi