​İyunda "Azərbaycan" İES elektrik enerjisi istehsalını 30% artırıb

​İyunda "Azərbaycan" İES elektrik enerjisi istehsalını 30% artırıb Bu da ötən ilin birinci yarımilliyi ilə müqayisədə 3,38% çoxdur
Energetika
21 İyul , 2015 16:06
​İyunda Azərbaycan İES elektrik enerjisi istehsalını 30% artırıb

Bakı. 21 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında "Azərbaycan" istilik elektrik stansiyasında (İES) 471,1 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu ötən ilin iyun ayı ilə müqayisədə 109,6 mln. kVt/saat, yaxud 30,32% çoxdur.

Məlumata görə, bu ilin altı ayı ərzində stansiyada 3 mlrd. 591,8 mln. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin birinci yarımilliyi ilə müqayisədə 117 milyon 300 min kVt/saat, yaxud 3,38% çoxdur.

Son xəbərlər

Orphus sistemi