Yuxarı
    Bağlamaq

    Azərbaycan hasilatın azaldılması ilə bağlı OPEC qarşısında öhdəliyini tam yerinə yetirib

    Azərbaycan martda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib

    Bakı. 3 aprel. REPORT.AZ/ OPEC üzvü olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Həmin məlumatlara əsasən, cari ilin mart ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 733,3 min barel olub. Bunun 693,3 min barelini xam neft, 40 min barelini kondensat təşkil edib. Gündəlik 596 min barel xam neft, 40,0 min barel kondensat, 23 min barel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaldılması barədə razılaşması çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində Azərbaycanda gündəlik neft hasilatı 793,9 min barel, fevralda isə 776,4 min barel olub.

    Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi