Azərbaycan Gürcüstanın ikinci əsas yanacaq tədarükçüsü olub

Azərbaycan Gürcüstanın ikinci əsas yanacaq tədarükçüsü olub Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 114 min tonhəcmində yanacaqidxal edib.
Energetika
229
13 Avqust , 2020 13:22
Azərbaycan Gürcüstanın ikinci əsas yanacaq tədarükçüsü olub
0 : 00
0 : 00

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 114 min ton həcmində yanacaq idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin yanacaq idxalındakı payı 18,7% təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın Rusiyadan sonra (212,8 min ton) ikinci əsas yanacaq tədarükçüsü olub.

Bu ilin ilk yeddi ayında Gürcüstan ümumilikdə 608,3 min ton benzin və dizel idxal edib ki, bu da illik müqayisədə 27 min ton və ya 4,6% çoxdur. 

Son xəbərlər

Orphus sistemi