Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub

Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub Gürcüstan Azərbaycandan 33,9 min ton neft bitumu idxal edib
Energetika
19 Avqust , 2020 10:37
Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 33,9 min ton həcmində neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Hesabat dövründə qonşu ölkə 57,2 min ton neft bitumu tədarük edib ki, bu da illik müqayisədə 25,7 min ton və ya 31,1% azdır.

Azərbaycan Gürcüstanın neft bitumuna olan tələbatının 59,3%-ni ödəməklə qonşu ölkənin bu məhsul üzrə əsas idxalçısına çevrilib.

Gürcüstan Azərbaycanla yanaşı İraq (11,2 min ton), İran (7,6 min ton), Rusiya (3,2 min ton) və digər ölkələrdən də neft bitumu alıb. 

Son xəbərlər

Orphus sistemi