Azərbaycan Gürcüstanın elektrik enerjisi tələbatının 53%-ni təmin edib

Azərbaycan Gürcüstanın elektrik enerjisi tələbatının 53%-ni təmin edib Gürcüstan Azərbaycandan 416,514 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib
Energetika
15 Avqust , 2020 10:44
Azərbaycan Gürcüstanın elektrik enerjisi tələbatının 53%-ni təmin edib
Freepik.com

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 416,514 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin ümumi həcmi 787,6 milyon kilovatt/saata bərabər olub. Bu həcmin 53%-i Azərbaycanın payına düşüb.

Bu ilin ilk yeddi ayında Gürcüstan həmçinin Azərbaycandan Türkiyəyə 101,787 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini reallaşdırıb.

 

Son xəbərlər

Orphus sistemi