Azərbaycan Gürcüstana yeddi ayda 173,6 mln. dollarlıq təbii qaz ixrac edib

Azərbaycan Gürcüstana yeddi ayda 173,6 mln. dollarlıq təbii qaz ixrac edib Bu ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 1 047 703,2 kubmetr təbii qaz idxal edib.
Energetika
19 Avqust , 2019 11:35
Azərbaycan Gürcüstana yeddi ayda 173,6 mln. dollarlıq təbii qaz ixrac edib

Bu ilin ilk yeddi ayı ərzində Gürcüstan Azərbaycandan 1 047 703,2 kubmetr təbii qaz idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın Gürcüstana ixrac etdiyi təbii qazın ümumi dəyəri 173 mln. 664,8 min dollar təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qaz həcm baxımından 80 363,3 kubmetr və ya 8,3 % çoxdur. 

Orphus sistemi