Yuxarı

Azərbaycan Gürcüstana qaz ixracını artırıb

​Azərbaycan Gürcüstana qaz ixracını artırıb
Qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 31 774 kub metr, məbləğ baxımından isə 3 mln. 177,8 min dollar çoxdur

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 486 014 kub metr təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qazın ümumi dəyəri 83 mln. 871,9 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkəyə ixrac olunmuş qaz həcm baxımından 31 774 kub metr və ya 6,9%, məbləğ baxımından isə 3 mln. 177,8 min dollar və ya 3,9% çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 80 mln. 694,1 min dollar olan 454 240 kub metr qaz idxal edib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi