Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu ilin sonunda Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya enerji konfransı keçiriləcək.
"Report"un Azərbaycan
Konfransın məqsədi Avropaya enerji təchizatı üzrə Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi mövqelərinin möhkəmləndirilməsi, həmçinin, həyata keçiriləcək enerji və infrastruktur üzrə yeni layihələrdə Almaniyanın işgüzar dairələrinin iştirakı üçün potensial sahələrin müəyyən edilməsinə töhfə verilməsindən ibarətdir.
"Azərbaycan Energetika Nazirliyi ölkənin Avropa, o cümlədən, Almaniyanın enerji təhlükəsizliyinin təminatına yönəlmiş enerji əməkdaşlığının inkişafı baxımından bu konfransın keçirilməsini yüksək qiymətləndirir. Energetika Nazirliyi konfransın keçirilməsinə dəstəyini ifadə etməklə yanaşı, hesab edir ki, enerji əməkdaşlığının dərinləşməsinə xidmət edən belə tədbirlər regional inkişaf və regional əməkdaşlığın inkişafı üçün də şərait yaradır", - məlumatda qeyd olunub.
Tədbirdə Almaniya, Türkiyə və Gürcüstanın yüksək səviyyəli dövlət nümayəndələrinin iştirakı planlaşdırılır.