Azərbaycan gələn il “Şahdəniz” qazının satışından 429 mln. dollar qazanacaq

Azərbaycan gələn il “Şahdəniz” qazının satışından 429 mln. dollar qazanacaq Bakı. 29 dekabr. REPORT.AZ/ Gələn il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə hasilatdan Azərbaycanın payına düşən mənfəət qazının satışından Dövlət Neft Fonduna (ARDNF) 428,9 mln. ABŞ dolları məbləğində vəsait daxil olması gözlənilir.
Energetika
29 Dekabr , 2017 15:31
Azərbaycan gələn il “Şahdəniz” qazının satışından 429 mln. dollar qazanacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Gələn il Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə hasilatdan Azərbaycanın payına düşən mənfəət qazının satışından Dövlət Neft Fonduna (ARDNF) 428,9 mln. ABŞ dolları məbləğində vəsait daxil olması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2018-ci il büdcəsi ilə bağlı Rəy”də deyilir.

Hasilatın Pay Bölgüsü (PSA) sazişlərinə əsasən, istismar olunan digər yataqlar üzrə Fonda daxilolmaların həcmi aşağıdakı kimi müəyyənləşib: 

- “Kürsəngi-Qarabağlı” yataqları üzrə 2,08 mln. dollar; 

- “Suraxanı-Qaraçuxur” yataqları üzrə 3,25 mln. dollar; 

- “Zığ-Hövsan” yataqları üzrə 0,87 mln. dollar; 

- “Muradxanlı-Cəfərli-Zərdab” yataqları üzrə 2,39 mln. dollar; 

- “Neftçala-Xıllı” yataqları üzrə 0,37 mln. dollar; 

- “Mişovdağ-Kəlaməddin” yataqları üzrə 1,43 mln. dollar; 

- “Kürovdağ” yatağı üzrə 2,02 mln. dollar;

- “Balaxan-Sabunçu-Ramana və Kürdəxanı” yataqları üzrə 11,43 mln. dollar; 

- “Binəqədi” blokuna daxil olan yataqlar üzrə 4,11 mln. dollar; 

- “Qum-Dəniz” və “Bahar” yataqları üzrə 1,74 mln. dollar.

Qeyd edək ki, 2018-ci ildə mənfəət neftinin və qazın satışı üzrə ARDNF-in daxilolmalarının 5 653,4 mln. dollar və ya 9 723,8 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2016-cı ilin müvafiq icra göstəricisindən 1 403,7 mln. manat və ya 16,9% çox, 2017-ci ilin proqnoz göstəricisindən 102,4 mln. manat və ya 1,0% az, gözlənilən icra göstəricisindən isə 1 294,6 mln. manat və ya 11,7% azdır.

“Azəri-Çıraq-Günəşli yatağı” üzrə mənfəət neftinin satışından Fonda 5 194,8 mln. dolların daxil olması gözlənilir.

Son xəbərlər

Orphus sistemi