Azərbaycan gələn il AÇG neftinin satışından 5,2 mlrd. dollar qazanacaq

Azərbaycan gələn il AÇG neftinin satışından 5,2 mlrd. dollar qazanacaq Ümumilikdə, bütün PSA sazişləri üzrə mənfəət nefti və qazın satışından ARDNF-in daxilolmaları 5,653 mlrd. dollar olacaq
Energetika
29 Dekabr , 2017 13:35
Azərbaycan gələn il AÇG neftinin satışından 5,2 mlrd. dollar qazanacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Gələn il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan mənfəət neftinin satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 5 194,80 mln. ABŞ dollarl həcmində vəsait daxil olması proqnozlaşdırılır.

“Report” xəbər verir ki, 2018-ci ildə ümumilikdə digər yataqlar üzrə də mənfəət neftinin və qazın satışı üzrə Fonda daxilolmaların 5 653,4 mln. dollar və ya 9 723,8 mln. manat olması nəzərdə tutulur.

Qeyd edək ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

Bu il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Yeni sazişdə Azərbayana çatacaq mənfəət neftinin səviyyəsi daimi olaraq 75% müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi