Bakı. 10 mart. REPORT.AZ/ Cari ilin fevral ayında Azərbaycanda 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın həcmində dəyişiklik olmayıb.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirildiyi deyilir.
Digər bir məlumata görə, cari ilin ötən iki ayı ərzində isə 4,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.
Xatırladaq ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə də istehsalın həcmi sabit qalıb.