Yuxarı
    Bağlamaq

    Azərbaycanın enerji missiyası Ukraynaya gedib

    Nümayəndə heyəti Kiyevdə Azərbaycan-Ukrayna işçi qrupunun iclasında iştirak edəcək

    Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanın enerji məsələləri üzrə nümayəndə heyəti bu gün Kiyevə (Ukrayna) yola düşüb. Sabah missiya Ukraynada keçiriləcək Azərbaycan-Ukrayna işçi qrupunun iclasında iştirak edəcək. 

    Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Energy Ukraine”, “Azərenerji” ASC, “Azərişıq”ASC və Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələrinin yer aldığı nümayəndə heyətinə Azərbaycan energetika nazirinin müavini Natiq Abbasov rəhbərlik edir.

    Məlumata görə, iclasda neft-qaz, enerji təchizatı və bərpa olunan enerji sahəsindəki əməkdaşlıq məsələləri müzakirə ediləcək. Sonda isə protokol imzalanacaq.

    Qeyd edək ki, rəsmi Bakı və Kiyev arasında “Ukrayna ərazisinə sıxılmış təbii qazın çatdırılmasının təşkili üzrə əməkdaşlıq haqqında” memorandum və “Ukrayna ərazisindən neftin nəqli sahəsində əməkdaşlığın inkişafına dair tədbirlər haqqında” saziş qüvvədədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi