Azərbaycan Energetika Nazirliyi ilə “Equinor” arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Energetika Nazirliyi ilə “Equinor” arasında Anlaşma Memorandumu imzalanıb Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyi və Norveçin “Equinor Abşeron AS” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Energetika
25 Fevral , 2019 14:26
Azərbaycan Energetika Nazirliyi ilə “Equinor” arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyi və Norveçin “Equinor Abşeron AS” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, memorandumda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ikitərəfli əməkdaşlığın ümumi prinsipləri, bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi, bu sahəyə gəlirli investisiya qoyuluşu üçün şəraitin yaradılması ilə bağlı əməkdaşlıq nəzərdə tutulur.

Bu sənəd Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı, maliyyələşdirilməsi, tikintisi, istismarı və saxlanması istiqamətində fəaliyyəti təmin etməyə kömək edəcək.

Anlaşma Memorandumunu energetika nazirinin müavini Samir Vəliyev və “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Quraishi imzalayıblar.

S.Vəliyev Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər, qarşıda duran hədəflər barədə danışıb. Bildirib ki, “Equinor” şirkəti ilə imzalanmış bu memorandum bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində tərəflər arasında atılan ilk addımdır və Azərbaycanda bu sahənin inkişafına oz töhfəsini verəcək.

F.Quraishi isə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə fəaliyyətin “Equinor” şirkətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Bildirib ki, bu sənədlə “Equinor” şirkəti Azərbaycanla əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək və bərpa olunan enerji mənbələri sahəsində hər iki ölkənin maraqlarının reallaşmasına imkanlar yaranacaq. 

Son xəbərlər

Orphus sistemi