Bakı. 10 may. REPORT.AZ/ "Əvvəlki illərdən fərqli olaraq, enerji müəssisələrinin layihələndirilməsi, təmiri və istismarına xarici mütəxəssislərin cəlb edilməsi tamamilə dayandırılıb".
"Report" xəbər verir ki, bunu "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev deyib.
E.Pirverdiyevin sözlərinə görə, hazırda elektroenergetika sahəsində çalışanlar yerli mütəxəssislərdir.
Azərbaycanda aparılan özəlləşdirmə prosesi ilə bağlı danışan Milli Məclisin deputatı Əflatun Amaşov isə deyib ki, MDB məkanında ilk dəfə Azərbaycanda torpağın özəlləşdirilməsinə başlanılıb: "Təxminən 1,5 mln. adam toprağı özəlləşdirərək öz xüsusi mülkiyyətinə çevirib".