Azərbaycan elektrik sistemləri üzrə beynəlxalq təşkilata üzvlüyə maraq göstərir

Azərbaycan elektrik sistemləri üzrə beynəlxalq təşkilata üzvlüyə maraq göstərir “Azərbaycan Böyük Elektrik Sistemləri üzrə Beynəlxalq Şuraya (CIGRE) üzv olmağa maraq göstərir”.
Energetika
8 İyul , 2019 16:01
Azərbaycan elektrik sistemləri üzrə beynəlxalq təşkilata üzvlüyə maraq göstərir

“Azərbaycan Böyük Elektrik Sistemləri üzrə Beynəlxalq Şuraya (CIGRE) üzv olmağa maraq göstərir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə CIGRE-nin Tbilisidə keçirilən toplantısında təşkilatın Gürcüstan üzrə Milli Komitəsinin sədri Giorgi Amuzaşvili bildirib.

Onun sözlərinə görə, CIGRE-nin Gürcüstan üzrə Milli Komitəsi “Azərenerji” ASC və Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetka İnstitutu ilə sıx əməkdaşlıq edir: “Gürcüstan Azərbaycanla CIGRE-yə üzvlük təcrübəsi ilə bölüşəcək. Payız aylarında Bakıda bu təcrübə ilə bağlı təqdimatla çıxış etməyi planlaşdırırıq”.

G.Amuzaşvili deyib ki, 100-dən çox ölkənin təmsil olunduğu CIGRE-yə üzvlük Azərbaycan üçün böyük imkanlar yarada bilər: “Təşkilatda elektrik enerjisi sistemləri sahəsi üzrə təcrübə və elmi-texniki informasiya mübadiləsi həyata keçirilir. Azərbaycanın beynəlxalq aləmdə tanınan formatda təmsil olunması ölkənin elektrik enerjisi sahəsindəki elmi səviyyənin Avropa standartlarına yaxınlaşdırılmasına imkan verə bilər”.

Qeyd edək ki, 1921-ci ildə Fransada yaradılan CIGRE təşkilatı ən nüfuzlu elmi-texniki assosiasiyalardan biridir. Qurum bütün dünyanı əhatə edən energetika üzrə alim və mütəxəssisləri birləşdirir və bir çox ölkələrin elektik enerjisi sahəsinin inkişafı strategiyalarına əhəmiyyətli təsir edir. Təşkilatın əsas fəaliyyət istiqamətlərinə elektrik enerjisi sistemlərinin fəaliyyəti məsələləri üzrə təcrübə və elmi-texniki məlumatların emalı, araşdırmaların koordinasiyası, yüksək gərginlikli avadanlıqların işlənib hazırlanmsı, yaradılması və istismarı, enerji sistemlərinin istismarının planlaşdırılması, informasiyaların toplanılması və emalı, idarəetmə sistemi üzrə yeni texnologiyaların hazırlanması və tətbiqi daxildir. 

Son xəbərlər

Orphus sistemi