Yuxarı
    Bağlamaq

    Azərbaycan elektrik enerjisinin ixracını 70% artırıb

    Bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,24%-nə bərabər olub

    Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycandan bu ilin yanvar-noyabr ayları ərzində xarici ölkələrə 19 875,41 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. “Report”un Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 742,71 min dollar yaxud 23,2% çoxdur.

    İxrac edilən elektrik enerjisinin dəyərində olduğu kimi, həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, hesabat dövründə xarici ölkələrə 463 408,13 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 189 820,26 min kVt/saat yaxud 69,39% çoxdur.

    Hesabata görə, bu il ixrac edilən elektrik enerjisi ümumi ixracın 0,24%-nə bərabər olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi