Azərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıb

Azərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıb 2019-cu il ərzində Azərbaycandan elektrik enerjisinin ixracı 1 490,9 mln. kVtst olmaqla, 2018-ci illə (1 445,2 mln. kVtst) müqayisədə 45,7 mln. kVtstolub.
Energetika
23 Yanvar , 2020 11:46
Azərbaycan elektrik enerjisi ixracını 3%-dən çox artırıb

2019-cu il ərzində Azərbaycandan elektrik enerjisinin ixracı 1 490,9 mln. kVtst olmaqla, 2018-ci illə (1 445,2 mln. kVtst) müqayisədə 45,7 mln. kVtstolub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.

Bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 3,2% çoxdur.

Hesabata əsasən, ötən il elektrik enerjisinin idxalı isə 136,9 mln.kVtst olmaqla, 2018-ci illə (131,2 mln. kVtst) müqayisədə 5,7 mln. kVtst və ya 4,3 % artıb.

Belə ki, ixrac olunan 1 490,9 mln. kVtst elektrik enerjisinin 34,2 mln. kVtst İranın, 98,3 mln. kVtst Türkiyənin, 218,6 mln. kVtst Rusiyanın, 1 139,8 mln. kVtst Gürcüstanın payına düşür.

İdxal olunan 136,9 mln. kVtst elektrik enerjisinin 34,0 mln. kVtst İranın, 90,8 mln. kVtst Rusiyanın, 12,1 mln. kVtst Gürcüstanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi