Yuxarı
    Bağlamaq

    Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb

    İxrac Azərbaycandan ümumi ixracının 0,17%-ni təşkil edib

    Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycandan bu ilin yanvar ayında xarici ölkələrə 1 383,08 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. 

    Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

    Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 990,25 min dollar yaxud 3,5 dəfə çoxdur.

    Yanvarda ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 27 530,83 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2016-ci ilin yanvarına nisbətən 18 334,83 min kVt/saat yaxud 3 dəfə çoxdur.

    Elektrik enerjisi ixracı Azərbaycandan ümumi ixracın 0,17%-ni təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi