2023-cü ilin yanvar ayı ərzində Azərbaycanın elektrik enerjisinin ixracı 512,6 milyon kVt/s olub.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin ilk ayı ilə müqayisədə 265,4 milyon kVt/s və ya 2,1 dəfə artım deməkdir.
Məlumata görə, qeyd edilən dövrdə elektrik enerjisinin idxalı 0,1 milyon kVt/s, yaxud 0,94 % artaraq 10,8 milyon kVt/s-a çatıb.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.