Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında Azərbaycanda 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə “Report”a “Azərenerji” ASC-dən bildirilib.
Məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə təxminən 10% çoxdur.
Bununla yanaşı qeyd olunur ki, cari ilin yanvar-noyabr ayları ərzində istehsal olunmuş elektrik enerjisinin həcmi isə 20,4 mlrd. kVt/saat olub. Bu, illik müqayisədə 0,5% çoxdur.