Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Azərbaycan elektrik enerjisi istehsalını artırıb Ötən il ölkədə 22,7 mlrd. kVt/saata yaxin elektrik enerjisi istehsal edilib
Energetika
11 Yanvar , 2017 16:18
Azərbaycan elektrik enerjisi istehsalını artırıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda 2016-cı il ərzində ümumilikdə 22,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,89% çoxdur.

"Report" bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinə istinadən xəbər verir.

Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davamlı şəkildə həyata keçirilib. Mənbənin bildirdiyi digər bir məlumata görə, 2016-cı ilin dekabr ayında isə 2,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 10% artım deməkdir.

Son xəbərlər

Orphus sistemi