Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin idxalı 11 mln kVt/s olmaqla, ötən ilin eyni dövrünə nisbətən 1,8 mln kVt/s yaxud 19,5 % çox olub.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Məlumatda dyeilir ki, ötən ay İrandan 3,3 mln kVt/s, Rusiyadan 7,7 mln kVt/s, Gürcüstandan isə 0,004 mln kVt/s elektrik enerjisi idxal edilib.
Hesabat dövründə elektrik enerjisinin ixracı isə 175,1 mln kVt/s olmaqla illik müqayisədə 61,6 mln kVt/s artıb. Ay ərzində İrana 3,4 mln kVt/s, Türkiyəyə 12,7 mln kVt/s, Rusiyaya 7,2 mln kVt/s, Gürcüstana isə 151,8 mln kVt/s elektrik enerjisi ixrac edilib.