​Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi Çilov adasına səfər edib - FOTO

​Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi Çilov adasına səfər edib - FOTO Şirkət rəsmiləri 28 May adına NQÇİ-nin yeni inşa edilmiş iaşə obyektinin açılışında iştirak ediblər
Energetika
19 Sentyabr , 2015 12:49
​Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi Çilov adasına səfər edib - FOTO

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkət rəsmiləri və KİV nümayəndələri ilə birlikdə bu gün Çilov adasına səfər edib.

"Report" xəbər verir ki, səfər SOCAR rəhbərinin 20 sentyabr - Neftçilər günü ərəfəsində neft sənayesi işçilərini çalışdıqları ərazidə təbrik etmək ənənəsinə uyğun olaraq təşkil edilib.

SOCAR prezidenti burada yaşayan və işləyən neftçilərlə görüşərək, onları Neftçilər günü münasibətilə təbrik edib, problemləri ilə maraqlanıb. R.Abdullayev və onu müşayiət edən şəxslər daha sonra 28 May adına Neft və Qazçıxarma İdarəsinin Çilov adasında inşa edilmiş iaşə obyektinin açılışında iştirak ediblər. SOCAR prezidentinə məlumat verilib ki, inşasına 2013-cü ilin fevral ayından başlanılmış obyektin birinci mərtəbəsində 150 yerlik yeməkxana və mətbəx yerləşir. Mərtəbədə qarderob, yardımçı otaqlar, sanitar qovşağı, eləcə də çörək, ət, meyvə-tərəvəz və balıq məhsullarının satılması üçün anbarlar mövcuddur. Binanın ikinci mərtəbəsində isə 150 nəfərlik akt zalı və kitabxana inşa edilib. Bu mərtəbədə, həmçinin istirahət otağı, 50 nəfərlik daha bir yeməkxana, mətbəx və anbarlar, eləcə də köməkçi otaqlar inşa olunub.

Bina müasir istilik sistemləri və daimi isti-soyuq su ilə təchiz olunub, müasir standartlara cavab verən ventilyasiya sistemi quraşdırılıb. Qeyd olunub ki, obyektin içməli su ilə təchiz edilməsi və yanğından mühafizəsi məqsədilə ərazidə müvafiq olaraq 100 kubmetrlik və 200 kubmetrlik çənlər, həmçinin nasosxana tikilib. Binanın ətrafına asfalt örtük döşənib, ərazi abadlaşdırılıb, qazon salınıb, ağac və gül kolları əkilib. Obyekt bütün kommunikasiya sistemləri ilə təchiz edilib, ərazidə işıqlandırma sistemləri quraşdırılıb.

SOCAR prezidenti neftçilər qarşısında çıxışında bildirib ki, adada içməli su problemi həll olunub, sakinlərin elektrik enerjisi ilə fasiləsiz təminatında dönüş yaradılıb. R.Abdullayev adanın sosial-iqtisadi inkişafı üçün tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi