Yuxarı

​Azərbaycan Dövlət Neft Şirkəti neftayırma müəssisəsinin modernləşdirilməsinə hazırlaşır

Hökumət SOCAR-ın nizamnamə kapitalını artıracaq

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan hökuməti tezliklə Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalını artıracaq. "Report"un verdiyi xəbərə görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

"Hökumət bizim nizamnamə kapitalımızı artıracaq və bunun hesabına Heydər Əliyev adına Neft Emalı Zavodunu modernləşdirəcəyik", - deyə şirkət rəhbəri qeyd edib.

R.Abdullayevin sözlərinə görə, bu layihənin ümumi dəyəri 1,2 mlrd. manatdır: "Əvvəlki hesablamalarımıza görə, bu rəqəm 1,2 mlrd. manat civarındadır. Biz Mərkəzi Bankdan aldığımız kredit hesabına bunu reallaşdıracağıq. Bununla bağlı tender keçiriləcək".

Bununla yanaşı SOCAR rəhbəri Gürcüstanda karbamid zavodunun inşası layihəsinin dondurulduğunu əlavə edib: "Hazırda bununla bağlı Gürcüstan hökuməti ilə danışıqlar aparılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi