Azərbaycan Dövlət Neft Şirkəti Mərkəzi Bankdan 1,8 mlrd. manat kredit alacaq

Azərbaycan Dövlət Neft Şirkəti Mərkəzi Bankdan 1,8 mlrd. manat kredit alacaq Bu vəsait istehsal prosesinin modernləşdirilməsinə və qazma proqramlarının icrasına sərf olunacaq
Energetika
14 Sentyabr , 2015 13:22
Azərbaycan Dövlət Neft Şirkəti Mərkəzi Bankdan 1,8 mlrd. manat kredit alacaq

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Bankdan (AMB) kredit alması üçün hökumətin qərarı var və bu istiqamətdə işlər davam etdirilir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev kreditin 1,2 mlrd. manatının "Azərikimya" İB və Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsinə, 600 mln. manatının isə 3 il müddətinə şirkətin qazma proqramları üçün cəlb ediləcəyini qeyd edib.

SOCAR prezidenti "Azneftyağ" zavodunun köçürülməsi istiqamətindəki işlərdən də danışaraq bildirib ki, işlər sürətlə aparılır. Onun sözlərinə görə, bu ilin sonuna artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşməsi və yeni bitum qurğusunun tikintisi həyata keçirilməlidir: "2018-ci ilin sonuna zavodların modernləşməsi işini başa çatdırıb, "Avro-5" standartı ilə yeni keyfiyyətli benzin və dizel istehsal ediləcək. Bununla da 2030-cü ilin ortalarına qədər benzin və dizelə olan tələbat bu zavod vasitəsilə həyata keçiriləcək və "Azneftyağ" zavodu da sökülərək ərazisi Bakı bulvarına qatılacaq".

R.Abdullayev yeni bitum qurğusunun tikintisindən danışaraq bildirib ki, yeni qurğu tikilənə qədər mövcud qurğu işləyəcək və ölkədə bitum qıtlığı yaranmayacaq. Onun sözlərinə görə, yeni qurğunun tikintisi 2017-ci ildə başa çatacaq və bundan sonra hazırkı qurğunun istismarı dayandırılacaq.

Son xəbərlər

Orphus sistemi