Azərbaycan Dövlət Neft Fondunda ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Fondunda ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüş keçirilib Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb
Energetika
24 Noyabr , 2015 14:15
Azərbaycan Dövlət Neft Fondunda ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüş keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinki qəbul edib.

Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Ş.Mövsümov B.Brinkə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi