Yuxarı
    Bağlamaq

    Azərbaycan Dövlət Neft Fondu bu il AÇG və "Şahdəniz" layihələrindən 1,5 mlrd. dollar qazanıb

    Azərbaycan indiyədək bu layihələrdən ümumilikdə təxminən 121 mlrd. dollar əldə edib

    Bakı. 4 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 1,538 mlrd. ABŞ dolları həcmində vəsait daxil olub.

    Fonddan "Report"a verilən məlumata görə, bu məbləğin 1,493 mlrd. dolları AÇG-dən mənfəət nefti, 45 mln. dolları isə "Şahdəniz" yatağından mənfəət qazının satışından əldə olunub.

    Qeyd edək ki, 2001-ci ildən 2016-cı il mayın 1-dək ARDNF-yə AÇG-dən 118,502 mlrd. dollar, 2007-ci ildən "Şahdəniz" yatağından isə 2,488 mlrd. dollar vəsait daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi