​Azərbaycan dizel yanacağının ixracını 7% artırıb

​Azərbaycan dizel yanacağının ixracını 7% artırıb Son bir ildə dünya bazarında dizel yanacağının qiyməti 24% düşüb
Energetika
2 Dekabr , 2014 13:20
​Azərbaycan dizel yanacağının ixracını 7% artırıb
Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar-noyabr ayında 886,52 min ton dizel yanacağı ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur.

SOCAR-dan "Report"a verilən məlumata görə, 2014-cü ilin noyabr ayında şirkət dizel yanacağının ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% azaldaraq 60,477 min tona salıb.

Qeyd edək ki, bu ilin noyabr ayında dünya bazarında dizel yanacağının 1 tonu 694,86 ABŞ dolları qiymətinə satılıb və bu, 2013-cü ilin noyabr ayına nisbətən 23,6% azdır. 

Son xəbərlər

Orphus sistemi