Azərbaycan dizel ixracını artırıb

Azərbaycan dizel ixracını artırıb Dizel yanacağının ixracı 54%, təyyarə yanacağının ixracı isə 57% artıb
Energetika
1 Dekabr , 2015 18:17
Azərbaycan dizel ixracını artırıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2015-ci ilin noyabr ayında 92 874 ton həcmində dizel yanacağı, 27 119 ton təyyarə yanacağı ixrac edib. "Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, ötən ilin eyni ayı ilə müqayisədə dizel yanacağı ixracında 53,6%, təyyarə yanacağı ixracında 57,2% artım müşahidə olunub.

Ümumilikdə, 2015-ci ilin yanvar-noyabr ayları ərzində 874 473 ton dizel yanacağı, 228 480 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,4% azalma, 29,7% artım, 47,9% azalma deməkdir.

Cari ilin noyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin orta qiyməti (1 ton üçün) 469,26 dollar, təyyarə yanacağı 435,37 dollar, dizel yanacağı 407,13 dollar, 1% kükürdlü mazutun qiyməti 210,14 dollar olub.

Noyabrda dünya bazarında "Brent" tipli xam neftin 1 bareli orta hesabla 44,30 dollara, "Urals" nefti 43,05 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 45,18 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi