Azərbaycan DESFA-nın 16%-nin Avropa şirkətlərinə satılması ilə bağlı danışıqlara hazırdır

Azərbaycan DESFA-nın 16%-nin Avropa şirkətlərinə satılması ilə bağlı danışıqlara hazırdır Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib
Energetika
18 Sentyabr , 2015 11:31
Azərbaycan DESFA-nın 16%-nin Avropa şirkətlərinə satılması ilə bağlı danışıqlara hazırdır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın qaz şəbəkəsinin operatoru - DESFA dövlət şirkətinin özəlləşdirilmə prosesi çərçivəsində 16% səhminin Avropa şirkətlərinə satılması ilə bağlı danışıqlar aparmağa hazırdır.

"Report"un verdiyi xəbərə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.

Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Belçika mediasının qeyd etdiyinə görə, bu ölkənin "Fluxys" şirkəti DESFA-nın hissələrini almaq istəyən şirkətlər arasındadır.

İtaliyanın iki şirkəti - "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas" şirkəti, Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkəti də DESFA-nın 16%-nin alınmasına maraq göstərir. "Fluxys" şirkətində 2,1% paya malik olan Belçika Milli İnvestisiya Fondu (SFPI - Societe Federale de Participations et d’Investissement) 30 mln. avro ilə DESFA-da 5%-in alınmasında iştirak edə bilər.

Son xəbərlər

Orphus sistemi