Energetika naziri
Bu barədə “Report”a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Sammitin açılışında çıxış edən P. Şahbazov
Azərbaycanın mövcud sosial-iqtisadi inkişaf göstəriciləri ilə bağlı məlumatları diqqətə çatdıran nazir bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb. Bu, eləcə də yoxsulluğun, işsizliyin azaldılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyata keçirilən çoxsaylı infrastruktur layihələri, qazlaşdırılma səviyyəsi və elektrik enerjisinin əlçatanlıq əmsalı ilə bağlı göstəricilər, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər dayanıqlı inkişaf məqsədli siyasətin nəticələridir. Azərbaycanın bu nailiyyyətləri Davos Ümumdünya İqtisadi Forumunun və Dünya Bankının “Doing Business” hesabatlarında da öz əksini tapır.
Nazir hazırda davamlı inkişaf modelinin yaradılması istiqamətində 11 sektoru əhatə edən 12 strateji yol xəritəsinin icra olunduğunu və həyata keçirilən dərin islahatlar kursunun ölkənin hərtərəfli və dayanıqlı inkişafına xidmət etdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti
Energetika naziri, həmçinin “Strateji siyasətə dair dialoq: DİM-lərə çatmaq üçün düzgün yol seçmişikmi?” adlanan sessiyada panel müzakirələrə də qatılıb.
Qeyd edək ki, Asiya İnkişaf Bankı (ADB) və BMT-nin İnkişaf Proqramının Qazaxıstan nümayəndəliklərinin dəstəyi ilə Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan sammitin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün resursların səfərbər edilməsi prosesində bütün maraqlı tərəflər arasında dialoqun yaradılmasıdır.
