Azərbaycan Cənub Qaz Dəhlizində maliyyə öhdəliklərinin 90%-dən çoxunu icra edib

Azərbaycan Cənub Qaz Dəhlizində maliyyə öhdəliklərinin 90%-dən çoxunu icra edib Azərbaycan tərəfi Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə toplam maliyyə öhdəliklərinin 90%-dən çoxunu artıq yerinə yetirib.
Energetika
12 Aprel , 2019 10:32
Azərbaycan Cənub Qaz Dəhlizində maliyyə öhdəliklərinin 90%-dən çoxunu icra edib
0 : 00
0 : 00

Azərbaycan tərəfi Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə toplam maliyyə öhdəliklərinin 90%-dən çoxunu artıq yerinə yetirib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG), Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan tərəfinin maraqları “Cənub Qaz Dəhlizi” QSC tərəfindən təmin olunur. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın ümumi maliyyə öhdəliyi təxminən 11,5 mlrd. dollar təşkil edir.

İ. Əhmədov bildirib ki,“Cənub Qaz Dəhlizi” QSC tərəfindən 2019-cu il üzrə Beynəlxalq Maliyyə İnstitutlarından cəlb edilmiş, habelə qaz-kondensat və bank faiz gəlirlərindən cəlb edilməsi nəzərdə tutulan cəmi 597 mln. ABŞ dolları məbləğində vəsaitin qoyulması nəzərdə tutulur ki, martın 29-u tarixinə bu vəsaitin 320 mln. dolları artıq xərclənib: “Layihələr üzrə cəmi xərclər ilkin proqnozlar əsasında 45 mlrd. dollar məbləğində müəyyən edilib. Hazırda layihə operatorları tərəfindən aparılmış optimallaşdırma və layihə xərclərinin azaldılması hesabına layihələr üzrə cəmi xərclər son təsdiq olunmuş büdcələr əsasında təqribən 40 mlrd. ABŞ dolları təşkil edir”.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

Son xəbərlər

Orphus sistemi