Yuxarı

​Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üçün kredit cəlb edilə bilər

SOCAR: Şərtlər sərfəli olarsa, layihə üçün 7 mlrd. dollar kredit alına bilər

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumlarından kredit cəlb edilə bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov bildirib.

SOCAR rəsmisi layihənin icrası çərçivəsində Cənub Qaz Dəhlizi şirkətinin yaradıldığını xatırladıb: "Bu şirkətdə İqtisadiyyat və Sənaye Nazirliyi 51%, SOCAR isə 49% paya malikdir. Bu şirkət Maliyyə Nazirliyi ilə birgə beynəlxalq maliyyə qurumları olan EBRD, IFC , ADB və s. ilə kreditin cəlb edilməsi üçün danışıqlar aparır. Əgər şərtlər sərfəli olarsa, kredit cəlb edilə bilər, yəni, ən aşağı faizlər olsa, kredit cəlb olunacaq".

"Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payı 14 mlrd. dollar təşkil edir. Əgər təkliflər sərfəli olarsa, layihə üçün 7 mlrd. dollar həcmində kredit götürülə bilər", - deyə Z.Qəhrəmanov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi