Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub Azərbaycan bu ilin ilk yarısında Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub
Energetika
14 İyul , 2020 17:26
Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi idxalçısı olub

Bu ilin ilk yarısında Gürcüstan 787,05 mln kilovatt/saat həcmində elektrik enerjisinin idxalını həyata keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Yanvar-iyun aylarında qonşu ölkənin tədarük etdiyi elektrik enerjisinin 415,97 mln kilovatt/saatı və ya 52,8%-i Azərbaycanın payına düşüb. Azərbaycan həmçinin Gürcüstan üzərindən Türkiyəyə 82,22 mln kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini həyata keçirib.

Hesabat dövründə Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü Rusiya (371,08 mln kilovatt/saat) olub. 

Son xəbərlər

Orphus sistemi