Azərbaycan bu ilin I yarısında 570 mln. dollarlıq qaz ixrac edib

Azərbaycan bu ilin I yarısında 570 mln. dollarlıq qaz ixrac edib Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycan gömrük bəynnamələrinə əsasən, 3 101 025,02 min kubmetr təbii qaz ixrac edib.
Energetika
12 İyul , 2018 13:04
Azərbaycan bu ilin I yarısında 570 mln. dollarlıq qaz ixrac edib

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycan gömrük bəynnamələrinə əsasən, 3 101 025,02 min kubmetr təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ixrac olunan təbii qazın dəyəri 570,337 mln. ABŞ dolları təşkil edib.

Bu ilin altı ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 2,5% az, dəyəri isə 8% çoxdur.

Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 6,58%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi